Naxçıvan Dövlət Universitetində Beynəlxalq Muzeylər Günü | |
Naxçıvan Dövlət Universiteti tarix-filologiya fakültəsində 18 may Muzeylər Gününə həsr edilən onlayn tədbir keçirilib.
Fakültənin dekanı, dosent Rəsul Bağırov qeyd edib ki, hər il mayın 18-i Beynəlxalq Muzey Günü kimi qeyd edilir. O bildirib ki, Azərbaycanda milli-mənəvi dəyərlərimizə, o cümlədən muzey işinə hər zaman dövlət tərəfindən qayğı göstərilib.
Arxiv işi və muzeyşünaslıq kafedrasının müdiri Məmməd Əliyev diqqətə çatdırıb ki, ilk milli muzeyin yaradılması Azərbaycan Xalq Cümhuriyyəti dövrü ilə bağlıdır. 1919-cu il dekabrın 7-də "İstiqlal" muzeyinin fəaliyyətə başladığını qeyd edən M.Əliyev vurğulayıb ki, Azərbaycan həm də açıq səma altında yerləşən muzeylər ölkəsidir. Onun sözlərinə görə, bunu Qobustanda, İstisuda (Kəlbəcər) və Gəmiqayada (Naxçıvan) qayalar üzərindəki təsvirlər də sübut edir.
Tədbirdə kafedranın müəllimləri də çıxış edib və bildiriblər ki, qədim diyarımızda muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür və bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq qurulur. Qeyd olunub ki, muxtar respublikanın bütün rayonlarında tarix-diyarşünaslıq muzeyləri açılıb, görkəmli şəxsiyyətlərin ev və xatirə muzeyləri yaradılıb, beləliklə, hazırda muxtar respublikada 30 muzey fəaliyyət göstərir.
Sonda kafedranın müəllimi Zemfira Seyidovanın muzeylərlə bağlı hazırladığı videoçarxa baxış olub.
|
|
18.05.2020 | 14:30 | |
|
|
|