Milli ali təhsil sistemlərinin reytinqi açıqlanıb | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Reytinqin nəticələri abituriyentlərə xaricdə təhsil almaq üçün ölkəni seçməyə kömək edir
Universitetlərin beynəlxalq şəbəkəsi “Universitas 21” (U21 ranking of National Higher Education Systems) 2020-ci il üçün milli ali təhsil sistemlərinin beynəlxalq reytinqini açıqlayıb. Avstraliyanın Melburn Universitetinin Tətbiqi İqtisadiyyat və Sosial Araşdırmalar İnstitutu tərəfindən tərtib olunan “Universitas 21” hər il dünyanın 50 ölkəsində ali təhsilin inkişaf səviyyəsini, tərəqqini və beynəlxalq ictimaiyyətə təsirini müqayisə etməklə ictimaiyyətə təqdim edir. Dünya ölkələrinin ali təhsil sahəsində nailiyyətlərini ölçən qlobal tədqiqat bu və ya digər ölkənin zaman keçdikcə ali təhsilin nəticələrində ən böyük irəliləyişlər əldə etdiyini göstərir. Bu reytinqi tərtib edərkən ölkədəki təhsil mühiti, mövcud təhsil resursları, təhsildə əməkdaşlıq və performans nəzərə alınır.
Sinqapur ötən illə müqayisədə üç, Danimarka isə iki pillə yüksəlib, Böyük Britaniya isə “resurs reytinqinin aşağı düşməsi” ilə əlaqədar üç pillə enib. Gəlirlərin səviyyəsindəki fərqlər nəzərə alındıqdan sonra ən yüksək reytinqli ölkələr Finlandiya, Cənubi Afrika, Birləşmiş Krallıq, Danimarka və Kanadadır. Çin və Hindistan gözlənilən dəyərlərdən daha yüksək nəticələr göstərir.
İlk onluğa daxil olmayan ölkələrdən bəhs etsək, ən böyük yüksəliş dövlət xərclərinin artması səbəbindən Türkiyənin üç pillə (39-cu yerə qədər) irəliləməsini göstərmək olar. Ən böyük enmə Slovakiyada baş verib (5 yer), burada dövlət xərcləri azalıb. Çexiya üç pillə geriləyib. Ümumiyyətlə, ilk onluqdan kənar sıralarda dəyişiklik son illərə nisbətən daha az olub.
“National Higher Education Systems U21” hesabatında ali təhsil sistemlərinin inkişaf meyillərini xarakterizə edən 6 mühüm nəticə öz əksini tapıb:
Reytinq araşdırmaları zamanı ölkə əhalisinin təhsil və peşə hazırlığı, universitetlərlə xarici maraqlı tərəflər arasında əlaqələrin inkişaf etdirilməsi, həmçinin innovativ tədqiqatların aparılması məsələləri nəzərdən keçirilib. “Universitas 21”-in sədri və Birmingem Universitetinin vitse-kansleri, professor Devid İstvud qeyd edib ki, reytinq ayrı-ayrı universitetlərin müqayisəsi çərçivəsindən kənara çıxaraq milli yanaşmaların ali təhsilə təsiri haqqında əhəmiyyətli məlumatlar yaradıb. Tədqiqatda sistemlərin xüsusiyyətləri, təsirləri, bağlılığı və effektivliyi təhlil edilib. Reytinqin saytında milli təhsil sistemlərinin cari və keçən ilki məlumatlarını axtarmaq və müqayisə etmək imkanı var. “Bu məlumatlar ali təhsilin nəticələrinin daha da yaxşılaşmasına, buna nail olmaq üçün nə etdiklərinə və geridə qalan ölkələrdə ali təhsil sektorunun yaxşılaşdırılması üçün nə edilə biləcəyinə dair həyati informasiyalar verir”, - deyə D. İstvud bildirib.
Tədqiqat gedişində eyni ölkə daxilində bir sıra ali təhsil müəssisələri öyrənilib və onun əsasında hesabat hazırlanıb. Hesabatda ölkələrin adambaşına düşən ÜDM səviyyəsinə dair fəaliyyət göstəriciləri qiymətləndirilir.
Son on il ərzində reytinqlər ali təhsildə beynəlxalq əməkdaşlıq və onun milli göstəricilərə müsbət təsirini izləyıb. Özəl sektorla və digər xarici maraqlı tərəflərlə əlaqələr də mühüm əhəmiyyət kəsb edir.
“Tədqiqatlara ayrılan maliyyə vəsaitlərinin həcminin artması və 3-4 ildən sonra tədqiqatların effektivliyinin ölçülə bilən artımı arasında güclü qarşılıqlı əlaqə mühüm nəticə kimi ortaya çıxıb.
Hesabatda qeyd olunur ki, yüksək gəlirli ölkələr üçün beynəlxalq tədqiqatlar daha vacibdir, halbuki aşağı gəlirli ölkələr üçün qarşıda duran məsələlər üzrə tətbiqi tədqiqatlar daha münasibdir: inkişaf etməkdə olan ölkələr ali təhsil xərclərini səhiyyə və məktəb təhsili kimi digər zəruri ehtiyaclarla balanslaşdırmalıdırlar.
Tədqiqatın müəllifləri hesab edirlər ki, müasir dövlətlərin iqtisadi inkişafı, rəqabət qabiliyyəti savadlı və səriştəli mütəxəssislərdən, onların fəaliyyətini və əmək məhsuldarlığını artıran texnologiyaların mövcudluğundan böyük dərəcədə asılıdır. Ali təhsil sektoru bu ehtiyacların reallaşmasına əhəmiyyətli dərəcədə kömək edir. Bundan başqa, müasir dünyada beynəlxalq səviyyədə geniş əlaqələri olan yüksək keyfiyyətli təhsil sistemləri milli sərhədlər vasitəsilə tələbə, tədqiqatçı, layihə və ideyaların mübadiləsi sayəsində qlobal inkişafa kömək edir. Bu ilkin şərtlərdən çıxış edərək layihənin əsas məqsədi hansı ölkələrin daha yaxşı ali təhsil verdiyini öyrənməkdir. Ali təhsil müəssisələrinin reytinqlərindən fərqli olaraq (məsələn, Times Higher Education və Quacquarelli Symonds), “Universitas 21” reytinqində iqtisadi və sosial inkişafın müxtəlif mərhələlərində olan ölkələrın ali təhsil sistemləri qiymətləndirilir.
Qeyd edək ki, U21 reytinqi 4 kateqoriyadan ibarətdir: resurslar (resources) 20%, mühit (environment) 20%, əməkdaşlıq (connectivity) 20% və məhsuldarlıq (output) 40%. Reytinqin nəticələri abituriyentlərə xaricdə təhsil almaq üçün ölkəni seçməyə kömək edir.
https://universitas21.com/rankings
Oruc MUSTAFAYEV |
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
15.05.2020 | 11:15 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|