Lənkəran Dövlət Universitetinə 1520 plan yeri ayrılıb

Lənkəran Dövlət Universitetində (LDU) yeni tədris ilində yeni ixtisaslar üzrə kadr hazırlığı həyata keçiriləcək.

 

LDU-dan bildirilib ki, 2020/2021-ci tədris ili üçün universitetin  bakalavriat səviyyəsinə  tələbə qəbulu planı təsdiqlənib. Təsdiqlənmiş plana əsasən, bu il ali məktəbə 1520 plan yeri ayrılıb .Ayrılan yerlərin 1405-i əyani, 115-i qiyabi şöbənin payına düşür.

 

Ötən il olduğu kimi,  bu il də  ölkədə qeyri-neft sektorunun, əsasən də, kənd təsərrüfatının inkişafı üçün vacib olan ixtisaslar üzrə tələbə qəbulu dövlət hesabına aparılacaq. LDU-da  bu il yalnız  dövlət hesabına qəbul  keçiriləcək  ixtisaslar aqronomluq, baytarlıq, bitki mühafizəsi,meşəçilk,torpaqşünaslıq və aqrokimya olacaq.

 

Bu ilki qəbul planında  əsas diqqətçəkən məqam,  bir sıra yeni ixtisasların qəbul planına salınmasıdır. Belə ki, müsiqi müəllimliyi, coğrafiya müəllimliyi, beynəlxalq ticarət və loqistika, bitki mühafizəsi  yeni ixtisaslardır.

 

Bildirilib ki, bu  ixtisasların qəbul planına daxil edilməsi  ixtisaslı kadrlara olan tələbatla bağlıdır. Belə ki, regionlarda fəaliyyət göstərən musiqi məktəblərinin ixtisaslı kadrlarlara olan ehtiyacı müsiqi müəllimliyi  üzrə tələbə qəbulunu zəruri edir.Həmçinin,  kənd  təsərrüfatının inkişafı bitki mühafizəsinin təşkilindən asılı olduğuna görə, bu sahədə olan mütəxəssislərə də ciddi ehtiyac  var. Beynəlxalq ticarət və loqistika ixtisasında kadrlara ehtiyac da  dövrün sifarişidir.

 

2020/2021-ci tədris ili üçün təsdiqlənən  LDU-nun  magistratura səviyyəsinə tələbə qəbulu planında da  yenilklər var. Qeyd olunub ki,  bu il magistratura səviyyəsinə 24 ixtisas üzrə 184 yer ayrılıb. Bütün ixtisaslar üzrə həm dövlət sifarişi, həm də ödənişli əsaslarla təhsil almaq mümkündür.  Dövlət hesabına təhsil almaq üçün DİM-nin bu məqsədlə təyin etdiyi minimal bal həddi keçilməlidir.

 

Məlumat verilib ki, bu il LDU-da  ilk dəfə olaraq 6 yeni ixtisas üzrə magistr hazırlığı da həyata keçiriləcək.  Biznesin idarə edilməsi, kompüter mühəndisliyi, ekologiya mühəndisliyi, torpaqşünaslıq və aqrokimya, aqronomluq, meşəçilk ixtisasları üzrə magistr hazırlığının bu ildən qəbul planına salınması aqrar sahədə elmi kadrlara olan tələbatdan irəli gəlir.

 



14.05.2020 | 10:01