120-dən çox əməkdaş və tələbəyə psixoloji dəstək | |
Bakı Dövlət Universitetinin (BDU) Psixoloji Yardım Sektoru koronavirus infeksiyası ilə əlaqədar elan olunmuş karantin şəraitində aprel ayının əvvəlindən evdə qalan tələbələrin, eləcə də əməkdaşların mənəvi-psixoloji vəziyyətini nəzərə alaraq rəsmi instagram səhifəsi vasitəsilə onlara dəstək göstərir.
BDU-dan bildirilib ki, məsafədən dəstək göstərdiyi müddət ərzində Psixoloji Yardım Sektoruna 120-dən çox əməkdaş və tələbə müraciət edib. Bu günə kimi ən çox müraciət insanların koronavirus infeksiyasına yoluxma qorxusu, ümumi fobiya, həyəcan, özünəqapanma, qidalanma pozuntuları, virusun təkrarlanma ehtimalından yaranan diskomfort, depressiya, sağlamlıqla əlaqədar narahatlıq və emosional gərginliklə bağlı olub.
Psixoloji yardımın təşkil olunmasında əsas məqsəd çətin vəziyyətə düşən əməkdaş və tələbələrin yanında olmaq, mənəvi dəstək göstərmək, onların psixoloji müdafiəsini təmin etmək, psixi sağlamlığını qorumaq, karantin rejiminə uyğunlaşmalarına kömək etməkdir.
|
|
13.05.2020 | 12:47 | |
|
|
|