“Ulu öndər Heydər Əliyevin hakimiyyətinin müxtəlif dövlərində fəaliyyətinin milli prinsipləri “

Azərbaycan Dövlət Pedaqoji Universitetinin ( ADPU) Quba filialında "Ulu öndər Heydər Əliyev irsini öyrənirik" mövzusunda  onlayn "Ustad dərsləri" keçirilib.

 

Filialın direktoru, dosent Yusif Alıyevin təşəbbüsü ilə reallaşdırılan "Ustad dərsləri" nin növbəti qonağı Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov olub.

 

Tələbə və əməkdaşların qatıldığı onlayn görüşdə Y.Alıyev R. Göyüşova son zamanlar filialda görülən işlər, həyata keçirilən önəmli layihələr və "Ustad dərsləri" haqqında məlumat verib. Qeyd edib ki, gənc nəslin təlim-tərbiyəsində, sağlam ideyalar əsasında formalaşmasında Heydər Əliyev irsinin öyrənilməsinə, təhlil edilməsinə böyük ehtiyac var:”Bunun üçün də filial rəhbərliyi onlayn "Ustad dərsləri" layihəsinə start verərək ölkənin tanınmış ictimai-siyasi xadimləri ilə  tələbə və gənc əməkdaşların  silsilə görüşlərini təşkil etməyi planlaşdırıb”. 

 

R.Göyüşov “Ulu öndər Heydər Əliyevin hakimiyyətinin müxtəlif dövlərində fəaliyyətinin milli prinsipləri “ adlı məruzə ilə çıxış edib.  O, Heydər Əliyevin  idarəçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, ölkədə iqtisadi inkişafın prioritet istiqamətləri, YAP-ın  yaradılmasının müasir Azərbaycan tarixindəki rolu və Heydər Əliyev ideya nəzəri irsinin bu gün Prezident  İlham Əliyev tərəfindən davam etdirilməsi, eləcə də Ümummilli liderlə bağlı xatirələrindən də danışıb.

R.Göyüşov sonda tələbələrin  suallarını savablandırıb və belə görüşlərin  keçirilməsinin gənc nəslin dünyagörüşünün formalaşması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib.  

 



12.05.2020 | 10:06