Şagirdin doğum tarixi məktəbdəki uğurları ilə necə bağlıdır? | |
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 51 səhifəlik hesabatında deyilir ki, əksər təhsil sistemlərində məktəbə daxil olmağa dair qaydalara görə, uşağın doğum tarixi məktəbə qəbul edildikdə və daha sonra onun ilk təhsil təcrübəsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının (PISA) məlumatlarına istinad edən bu sənəd bir şagirdin doğum ayının onun idrak və qeyri-idrak nəticələrinə təsirinin müqayisəli təhlilini təqdim edir. Sənəddə 45-dən çox ölkədə məktəbə qəbul qaydaları təsvir olunur, həmçinin tələbənin doğum tarixinin məktəbdə akademik fəaliyyətinə nə kimi təsir göstərə biləcəyi məsələsi müzakirə olunur. Nəticələr göstərir ki, bir şagirdin doğum ayı PISA tərəfindən qiymətləndirilən üç əsas sahədəki (riyaziyyat, oxu, yazı) performansına , həmçinin şagirdin təhsildə irəliləməsinə təsir göstərir.
Bu tədqiqat, həmçinin göstərir ki, bir çox məktəb sistemlərində məktəbə qəbul yaşının az olması şagirdlərin özgüvənini artırır, eləcə də özünü qiymətləndirməyə, təhsilin gələcək nəticələrinə təsir göstərir.
Bu nəticələr məktəbdə təhsilin ilk illərində azyaşlı uşaqların üzləşdiyi ilkin əlverişsiz vəziyyət barədə müəllimlər və valideynlər arasında məlumatlılığın artırılmasını tələb edir.
www.oecd-ilibrary.org/education/seven-questions-about-apprenticeships_9789264306486-en
Oruc MUSTAFAYEV
|
|
11.05.2020 | 18:40 | |
|
|
|