MDU-da təkrar dezinfeksiya tədbirləri

Mingəçevir Dövlət Universitetində (MDU) koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində həm professor-müəllim və tələbə heyəti arasında maarifləndirmə tədbirləri, həm də tədris korpuslarında tibbi-profilaktik, dezinfeksiya işləri davam etdirilir.

 

MDU-dan bildirilib ki, respublikanın bir sıra regionları ilə bərabər Mingəçevir şəhərində də xüsusi karantin rejiminin bir qədər yumşaldılmasına baxmayaraq, universitet tərəfindən kollektiv üzvləri arasında Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etmək, şəxsi gigiyena qaydalarına diqqət yetirmək, zərurət olmadığı halda küçəyə çıxmamaq, evdən çıxarkən qoruyucu maskalardan istifadə etmək və məsafə saxlamaq kimi məsələlərə dair maarifləndirmə işləri diqqətdə saxlanılır.

 

Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən MDU-da növbəti dəfə hərtərəfli tibbi-profilaktik və dezinfeksiya işləri də aparılıb. Dezinfeksiya tədbirləri bütün tədris binalarını, dəhlizləri, auditoriya və laboratoriyaları, idman zalı, kitabxanalar, inzibati otaqlar, həyətyanı ərazilər və digər köməkçi tikililəri əhatə edib.

 



11.05.2020 | 15:02