“Ulu öndər xatirələrdə” adlı müsabiqənin qalibləri | |
Bakı Dövlət Universitetinin (BDU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr etdiyi “Ulu öndər xatirələrdə” adlı onlayn müsabiqə başa çatıb.
Müsabiqədə ali məktəbin 30-dan çox əməkdaşı iştirak edib. Təqdim olunan məqalələr müsabiqə komissiyası tərəfindən qiymətləndirilib.
BDU-dan verilən məlumata görə, birinci yerə - tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor İradə Hüseynovanın “Heydər Əliyev irsi və elmin, təhsilin inkişafi”;
İkinci yerə - sosial elmlər və psixologiya fakültəsinin pedaqogika kafedrasının professoru, pedaqoji elmlər doktoru Nübar Muxtarovanın “Mənim həyatımda şərəfli yer tutan - Ulu Öndərimiz Heydər Əlirza oğlu Əliyev”;
Üçüncü yerə - jurnalistika fakültəsinin multimedia və elektron kommunikasiya kafedrasının dosenti Aynur Nəsirovanın “Yada düşər xatirələr...” məqaləsi layiq görülüb.
Qalib gələn müəlliflər diplomla təltif ediləcək. Məqalələr isə BDU-nun rəsmi saytında, sosial mediada yayılacaq və “Bakı Universiteti” qəzetində dərc olunacaq.
|
|
10.05.2020 | 13:46 | |
|
|
|