Naxçıvan Müəllimlər İnstitutunda fəaliyyət göstərən “Düşüncə körpüsü” diskussiya klubu öz işini onlayn davam etdirir.

İnstitutdan bildirilib ki, növbəti müzakirə “Sosial təcrid şəraitində tələbələrin asudə vaxtının düzgün təşkili” mövzusunda keçirilib. Müzakirəyə ali məktəbin professor-müəllim heyəti və 44 tələbəsi qatılıb.  Diskussiyanın təşkil olunmasında əsas məqsəd  tələbələrin fikir mübadiləsi prosesinə qoşulmasını təmin etmək, professor-müəllim heyətinin öz təcrübələrini tələbələrlə bölüşməsinə şərait yaratmaqdan ibarətdir.

 

Müzakirələrdə iştirak edən tələbələr sosial təcrid şəraitində asudə vaxtlarını necə təşkil etmələri haqqında məlumat veriblər. Onlar oxuduqlarından, dərsə hazırlıqlarından bəhs ediblər. Öz günlük fəaliyyət planlarını daha səmərəli və keyfiyyətli qurmaq üçün maraqlı ideyalar səsləndiriblər.  



09.05.2020 | 11:36