ŞAR Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) dünyanı bürüyən koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi məqsədi  ilə ölkədə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

 

ŞAR-dan bildirilib ki, Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov əməkdaşların könüllü müraciətlərini nəzərə alaraq, onların əməkhaqqılarının müəyyən hissəsinin Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülməsi ilə bağlı əmr imzalayıb.

 

Qeyd edilib ki, Rəsədxana əməkdaşları koronavirusla mübarizə ilə bağlı Nazirlər Kabinetinin qərar və tövsiyələrinə ciddi riayət edir və xalqımızı bu mövzuda həmrəy olmağa çağırır.



09.05.2020 | 11:36