BMU-nun məzunu dünyanın qabaqcıl 10 universitetinə qəbul təklifi alıb | |
Bakı Mühəndislik Universitetinin (BMU) Dünya iqtisadiyyatı fakültəsinin məzunu Samirə Qasımova magistratura dərəcəsində təhsilini davam etdirmək üçün qəbul şərtləri çox rəqabətcil olan və əksəriyyəti dünyanın ilk 30 universiteti sırasında yer alan 10 universitetindən müsbət cavab alıb. Bu universitetlər sırasında London School of Economics (İngiltərə), Çikaqo Universiteti (ABŞ), Toronto Universiteti (Kanada), UCL (University College London) (İngiltərə), British Columbia Universiteti (Kanada), McGill Universiteti (Kanada), Notr-Dam Universiteti (ABŞ), Qlazqo Universiteti (Şotlandiya), Lee Kuan Yew School of Public Policy (Sinqapur) və Queen Mary Universiteti (İngiltərə) kimi nüfuzlu təhsil ocaqları var.
Qeyd edək ki, S.Qasımova BMU-nu 98.26 ortalama ilə bölüm birincisi olaraq bitirib. Universitetdə oxuduğu dövrdə Erasmus KA1 proqramı çərçivəsində İtaliyanın L’Aquila Universitetində 1 semestrlik mübadilə proqramında iştirak edib və ABŞ-ın Azərbaycandakı səfirliyində 8 ay təcrübə proqramı keçib. Hazırda S.Qasımova Azərbaycan Beynəlxalq Bankının baş ofisində İqtisadi təhlillər şöbəsində çalışır.
|
|
07.05.2020 | 16:00 | |
|
|
|