MEK-in fəaliyyətinin təşkilinə dair telekonfrans | |
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamına əsasən, Mərkəzi Elmi Kitabxanada (MEK) pandemiya və sosial izolyasiya şəraitində alim və mütəxəssislərin informasiya təminatının ödənilməsi, bu dövrdə fəaliyyətinin təşkili məsələlərinə həsr olunan telekonfrans keçirilib.
Kitabxana rəhbərliyinin və şöbə müdirlərinin iştirakı ilə keçirilən tetekonfransda MEK-in koronovirus pandemiyası dovründə fəaliyyəti təhlil edilib və görüləcək işlərin əsas istiqamətləri, bu fəaliyyətdə iştirak edəcək işçi kontingentinin tərkibi və digər məsələlər müzakirə olunub.
Telekonfransa qatılan Elnur Hüseynov, Xuraman İsmayilova, Aygün Səfərova, Elmar Quliyev və başqaları alim və mütəxəssislərin informasiya təminatının tam ödənilməsi üçün görülən işlər barədə danışıb, qarşıda duran digər məsələlər ətrafında da müzakirələr aparıblar.
Konfransın keçirilməsində məqsəd oxucuları daha çox maraqlandıran mövzularda resursların elektron bazalarını yaratmaq, alim və mütəxəssislər üçün karantin günlərində lazımi informasiyanın əlçatan olmasını təmin etməkdir.
|
|
07.05.2020 | 16:21 | |
|
|
|