Bakı Ali Neft Məktəbinin daha 6 tələbəsi diplomsuz işə qəbul olundu

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri qlobal neft-qaz şirkəti olan “Technip FMC”-də işə qəbul olub.

 

Onlar ali məktəbin Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Cavid Məmmədli, Fidan Quliyeva, Cavid Məcidov, Faiq Hacıbalayev, Arzu Abdullayeva və Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Elgün Yusifovdur.

 

BANM-dən bildirilib ki, tələbələr sözügedən şirkətdə Kiçik proses mühəndisi kimi işə başlayıblar.

 

Adıçəkilən tələbələr Heydər Əliyev Fondu və qlobal neft-qaz şirkəti - “Technip FMC” arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən “Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı“ layihəsinin qaliblərindəndir.

 

Layihə çərçivəsində tələbələrdən Faiq Hacıbalayev, Fidan Quliyeva, Cavid Məcidov İtaliyanın Roma, Cavid Məmmədli, Arzu Abdullayeva Fransanın Lion, Elgün Yusifov isə Norveçin Bergen şəhərlərində ixtisasartırma kursunda iştirak ediblər.

 

Məlumat üçün bildirək ki, “Technip FMC”-nin London, Paris və Hyuston şəhərlərində qərargahları yerləşir.

 



06.05.2020 | 13:37