NDU-da onlayn laborator məşğələlər

Naxçıvan Dövlət Universitetində (NDU) onlayn laborator məşğələlərə start verilib. İlk belə laborator məşğələ Memarlıq və mühəndislik fakültəsinin  Dəmiryol stansiya və qovşaqlarının avtomatik idarə edilməsi laboratoriyasında keçirilib.

 

Nəqliyyat və informasiya texnologiyaları kafedrasının müəllimi Yadulla Həziyevin  Dəmiryol nəqliyyatı və tikintisi  mühəndisliyi ixtisası tələbələrinə keçdiyi onlayn məşğələdə yol, rabitə və işarəvermə sahələrinin tikili və qurğuları, stansiya yolları, 150 tonluq vaqon tərəzilərində boş və dolu vaqonların çəkilməsi, svetoforlarin təyinatı və təsnifatı, çeşidləmə qurğuları, qatarların tərtibat məsələləri, dəmiryol keçidlərinin iş prinsipi, qatarların qəbulu və göndərmə qaydalarına nəzər salınıb.

 

Dərsə  Naxçıvan Dəmir yolları MMC-nin  əməkdaşları da qoşulub. Qarşılıqlı fikir mübadiləsi şəraitində aparılan dərsdə tələbələrin sualları cavablandırılıb.  Qeyd olunub ki, dərslərin laboratoriyada onlayn təşkili tələbələrin mövcud durumda belə təcrübi dərslərdən geri qalmamaları üçün təşkil edilir.

 

Məlumat üçün bildirilib ki, laboratoriyada yükstansiyaları, material anbarları, texniki xidmət sahələri, çeşidləmə stansiyaları, dartı lokomativi, sərnişin vağzalı binası, dalan yolları və svetoforlar da yerləşir.

 



02.05.2020 | 13:38