“Koronavirus pandemiya və epidemiyaları: Bioloji və sosial-psixoloji aspektlər” | |
Bakı Dövlət Universitetinin (BDU) biologiya və sosial elmlər və psixologiya fakültələrinin təşkilatçılığı ilə 5-6 may 2020-ci il tarixlərində “Koronavirus pandemiya və epidemiyaları: Bioloji və sosial-psixoloji aspektlər” mövzusunda konfrans keçiriləcək. Konfransda dünyanı bürüyən COVİD-19 epidemiyası ilə bağlı məsələlərin müzakirəsi planlaşdırılıb.
BDU-dan bildirilib ki, konfrans Microsoft Teams platforması üzərindən onlayn formatda olmaqla saat 14:00-da başlayacaq. Virtual konfransda iştirak etmək istəyən şəxslərdən 4 may 2020-ci il saat 17:00-dək eshukurov@bsu.edu.az ünvanına müraciət etmək xahiş olunub.
|
|
01.05.2020 | 10:22 | |
|
|
|