MDU-nun əməkdaşları Prezidentə minnətdarlıq məktubu ünvanlayıblar | |
Cənab Prezident.
Koronavirus (COVID-19) epidemiyasının bütün dünyanı bürüdüyü, minlərlə insanın bu xəstəliyin qurbanı olduğu bir dövrdə Sizin Azərbaycan xalqının genefondunu qorumaq istiqamətində atdığınız addımlar ziyalılar tərəfindən rəğbətlə qarşılanır.
Hər bir xalqın, millətin fiziki cəhətdən müdafiəsi, onun genefondunun qorunması iqtisadi, sosial, mədəni və digər məsələlərdən daha vacibdir. Siz xalqımızın sağlamlığını qorumaqla təkcə bu gün üçün deyil, gələcək əsrlər üçün də dövlətimizin, millətimizin mövcudluğunu təmin etdiniz. Millətimiz, dövlətimiz naminə fəaliyyətinizdə Sizə möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzu edirik.
Hörmətlə, Zeynalov Üzeyir Zeynalova Aynurə, Mingəçevir Dövlət Universitetinin əməkdaşları. Azərbaycan Respublikası, Mingəçevir şəhəri.
https://president.az/articles/37297 |
|
29.04.2020 | 14:50 | |
|
|
|