İkili diplom müqaviləsinin icra mexanizmələrinə həsr olunan videokonfrans | |
Azərbaycan Texniki Universiteti (AzTU) və Fransanın CNAM Universiteti arasında videokonfrans keçirilib.
AzTU-dan verilən məlumata görə, videokonfransda universitet rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri Nigar Sultanova, energetika, elektrotexnika və avtomatika fakültəsinin dekanı Lalə Əzizova, “Erasmus+” LPEB layihəsinin icraçı direktoru Həsən Hüseynov, CNAM Universitetinin beynəlxalq layihələr üzrə koordinatoru Dijana Mirvic iştirak edib.
Videokonfransda AzTU və CNAM arasında “Erasmus+” LPEB layihəsi çərçivəsində imzalanmış ikili diplom müqaviləsinin tətbiqi ilə əlaqədar bir sıra məsələlər və gələcək əməkdaşlığın perspektivləri müzakirə olunub.
|
|
28.04.2020 | 12:41 | |
|
|
|