“Elektron tədris-metodiki platformalar vasitəsilə işləyə bilən müəllim kadrlarının hazırlığı günün tələbidir” | |
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Elmi Şurasının iclası keçirilib. İclasda ali məktəbin rektoru, professor Cəfər Cəfərov pandemiya şəraitində tədrisin təşkili ilə bağlı fikirlərini bildirib.
Rektor informasiya texnologiyalarının tarixi inkişaf yolundan bəhs edərək,bu gün istənilən yerdə və istənilən zamanda müasir kommunikasiya vasitələrindən yararlanmaqla çalışmaq, fəaliyyət göstərməyin mümkünlüyünü söyləyib.
“İnformasiya texnologiyaları, nəinki insanın həyat tərzini, həm də onun düşünmə tərzini də köklü şəkildə dəyişib. Ona görə də müasir dövrdə müəllimin əsas vəzifəsi tədris prosesini müasir tələblərə və bəşəriyyətin inkişaf meylinə uygunlaşdırmaq, təhsilalanın diqqətini cəlb edə, o cümlədən onu öyrənməyə və inkişafa motivə edə bilmək kimi mühüm elementləri ehtiva edir”-deyən C.Cəfərov vurğulayıb ki, müasir dövrün tələbələri də bu gün ali məktəbin tədris resurslarının zamandan və məkandan asılı olmayaraq əlçatanlığını arzu və tələb edirlər: “Təsadüfi deyil ki, müasir texnologiyalar da bu istəyi təmin etmək üçün bütün imkanlara malikdir. Bu baxımdan məkandan və zamandan asılı olmayan müasir təhsilin və tədrisin təşkili artıq mübahisə edilməyəcək qədər vacib və əhəmiyyətlidir”.
ADPU rəhbəri məsafədən təhsilin uğurla həyata keçirilməsi üçün üç əsas məsələnin həllini vacib sayıb: - əlçatanlıq (öyrənənlərin və ya təlim iştirakçılarının internetə sərbəst çıxışı); - kompetensiya (təhsil alanların və təhsil verənlərin informasiya resurslarından və texnologiyalarından istifadə bacarığı); - motivasiya (bu resurslardan istifadə etmək cəhdi və arzusu).
Onun sözlərinə görə, müasir dövrdə keyfiyyətli təhsil verilməsi ənənəvi təlim metodları ilə onlayn təlim vasitələrinin optimal (uğurlu) vəhdəti hesabına mümkündür.
C.Cəfərov bildirib ki, bu gün elektron tədris texnologiyalarını tətbiq etməyi bacarmayan, elektron təlimin təşkilinin əsaslarını mənimsəməyən müəllim özünün rəqabətə davamlılığını itirir, həm də müasir ünsiyyət üsullarında mobilliyinin olmaması səbəbi ilə tələbələr üçün maraqsız və arzuedilməz olur:” Bu tip bilik, bacarıq və motivasiyaya sahib olmayan bir müəllim təhsil alanlarla qarşılıqlı ünsiyyət üçün virtual tədris mühitini qurmaq imkanlarından məhrumdur”.
Rektor hesab edir ki, müasir müəllim qabaqcıl tədris təcrübələrini, elmi nailiyyətləri və pedaqoji təcrübəsini əsas götürərək elektron tədris texnolologiyalarından istifadə etməklə, təlim prosesinin təşkili xüsusiyyətlərini, elektron təlimin didaktik funksiyalarını və metodikasını bilməlidir.
“Elektron təlim (e-Learning) dedikdə, müəllim və tələbənin hər hansı elektron təlim mühitindən istifadə etməklə təlim prosesinin təşkili nəzərdə tutulur. Online təlim internet üzərindən real zamanda həyata keçirilən tədris fəaliyyətidir. Bu cür təlim müəllim və tələbənin qarşılıqlı interaktiv əlaqəsidir”-deyə rektor diqqətə çatdırıb.
Təhsil ocağının rəhbərinin fikrincə, müasir dövrün tələblərinə cavab verən, fəaliyyətini müxtəlif elektron tədris-metodiki platformalar vasitəsilə qura bilən, yüksək peşəkarlığa malik müəllim kadrlarının hazırlığı günümüzün tələbidir və bu, artıq pedaqoji kadr hazırlığını həyata keçirən ali məktəb olaraq ADPU-nun yeni missiyasıdır:”Əlbəttə, bu tədris üsulu son dövr texnoloqiyaların təhsilə göstərdiyi təsirin nəticəsidir və onun metodoloji və pedaqoji tərəfləri təhlil olunmalıdır”.
C.Cəfərov hesab edir ki, bu tədris vasitəsilə
“ADPU bu gün öz yeni missiyasına uyğun olaraq hazırkı şəraitdə tədris üçün vacib və yuxarda qeyd olunan məsələlərin işlənib hazırlanması üzərində çalışır və artıq yeni tədris ili başlayana qədər elektron təhsilin metodoloji və pedaqoji yanaşmasına dair öz tövsiyələrini geniş təhsil ictimayyətinə təqdim etməyi qarşısına məqsəd qoyub”-deyə rektor bildirib.
|
|
27.04.2020 | 10:10 | |
|
|
|