ABŞ-ın təhsil sistemi pandemiyadan ciddi itkilər verir | |
Koronavirus (COVİD-19 ) pandemiyasının ABŞ-ın ali təhsil müəssisələrinə vurduğu ciddi itkilər son vaxtlar daha çox müzakirə mövzusuna çevrilməkdədir. Karantin rejimi Amerika universitetlərinin maliyyə sabitliyini daha çox təhdid edir. Məsələ ondadır ki, Çin tələbələri ABŞ-da təhsil almağa gələn bütün əcnəbilərin ən böyük qrupudur. Universitet kampuslarının nə vaxt açılacağı və bu ölkəyə səfərlərlə bağlı davam edən məhdudiyyətlərin yaratdığı qeyri-müəyyənlik əcnəbi tələbələrin sayını azaldıb.
"China Morning Post" nəşrinin yazdığına görə, ABŞ təhsil sistemi ölkəyə təhsil almaq üçün gələn Çin tələbələrindən ildə 15 milyard dollar qazanıb. ABŞ Konqresinin pandemiyanın iqtisadi nəticələrinin azaldılmasına həsr olunan son hesabatına əsasən, 2020-2021-ci tədris ilində ABŞ təhsil müəssisələri üçün koronavirus qorxusu Çində ABŞ ali təhsilinə olan tələbatın azalması deməkdir.
"World Education News & Reviews" jurnalı tərəfindən dərc olunan digər hesabata görə, universitetlər üçün zərbə çox güclü olacaq. Beynəlxalq tələbələr, bir qayda olaraq, tam təhsil üçün pul ödəyirlər və onların yalnız 17% -i təhsil aldıqları ali təhsil müəssisəsindən qrant və ya təqaüd alırlar.
(9www.vesti.ru/doc.html?id=3259851)
Oruc MUSTAFAYEV |
|
26.04.2020 | 12:41 | |
|
|
|