UNEC rektoru canlı yayımda suallara cavab verəcək

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov  “Facebook” üzərindən canlı yayıma çıxacaq. Məqsəd karantin dövründə ali məktəbin tələbə, müəllim, digər əməkdaşları, eləcə də valideynlərlə canlı əlaqənin qurulmasından ibarətdir. Bu, həm də  “Açıq qapı” ənənəsinin davam etdirilməsidir ki, rektor  bu dəfə onlayn şəkildə müraciətləri dinləyəcək, sualları cavablandıracaq və karantin dövründə universitetdə tətbiq olunan yeniliklər barədə məlumat verəcək.

UNEC-dən bildirilib ki, canlı yayım aprelin 25-də saat 11-də UNEC-in rəsmi “Facebook” (https://www.facebook.com/unecedu/) səhifəsi üzərindən aparılacaq.

 

 



23.04.2020 | 15:46