Ümumi gələcək naminə təhsili qorumaq | |
Dünyanın bir çox ölkələrini bürüyən koronavirus pandemiyası nəticəsində milyonlarla şagird və yeniyetmənin təhsildən kənarda qalması dövründə YUNESKO milli təhsil sistemlərinə yaxından dəstəyini çatdırmaq üçün təhsilin gələcəyi ilə bağlı beynəlxalq komissiya (International Commission on the Futures of Education) yaradıb. Beynəlxalq komissiya təhsil və COVID - 19 böhranı barədə ilk bəyanatını yayımlayıb.
Son onilliklərdə dünyada təhsil imkanları əhəmiyyətli dərəcədə genişlənib; lakin bu imkanların xeyli hissəsi hazırda ciddi təhlükə altındadır. Dünya ölkələrinin əksəriyyətində təhsilalanların 90% -dən çoxunun cəlb olunduğu məktəblər və universitetlər bağlanıb. Təlimin bir çox cəhətdən davam etməsinə rəğmən, biz 2020-ci ilin əldən verilmiş fürsətlər ilinə çevrilməməsi üçün çox səylərin göstərilməsi olduğu bir dövrdəyik.
Transformasiya olunmuş dünyada dövlət təhsilinə ümid
İndiki böhran bizə cəmiyyətlərdə, icmalarda və fərdi həyatda dövlət təhsilinin nə qədər böyük əhəmiyyət daşıdığını xatırladır. Dövlət təhsili qeyri-bərabərliklə mübarizənin dayağıdır, eləcə də layiqli və məqsədyönlü həyatı təmin edən şəraitin yaradılması üçün məktəb təhsilinin nə qədər vacib olduğunu göstərir. Dünyanı dəyişdirmək, məktəblərimizi və təhsil müəssisələrimizi yenidən qurmaq üçün bu fövqəladə fürsətdən istifadə edərkən kim olmaq istədiyimiz barədə düşünməliyik.
İnsan qərarlarının prioritetləşdirilməsi
Təhsilin yenilənməsi prosesində insanın qarşılıqlı fəaliyyətinə və rifahına üstünlük verilməlidir. Texnologiya , xüsusən də ünsiyyət, əməkdaşlıq və məsafədən öyrənməyə imkan verən rəqəmsal texnologiya güclü bir vasitə, potensial yenilik mənbəyidir. Ancaq onlayn olaraq distant təhsilə keçidin, nəinki dünyanın Cənub yarımkürəsində, hətta planetin ən zəngin guşələrində bərabərsizliyi daha da artıracağından narahat olmalıyıq.
Biz çalışmalıyıq ki, rəqəmsallaşdırma şəxsi həyatın toxunulmazlığını, fikir, müstəqil informasiya əldəetmə azadlığını pozmasın, sərt nəzarət rejiminin tətbiqinə gətirməsin.
Onlayn öyrənmənin hər kəs üçün irəliyə aparan yol olduğunu düşünmək bir xəyaldır. Yenidən müəllimlərə müraciət etməklə yanaşı, biz ailələrdə və icmalarda baş verən təhsilin rolunu qeyd etməli və inkişaf etdirməliyik.
Mövcud böhran bizə zənginliyin genişlənə biləcəyini, ümumi televiziya məhsulları və ictimai vasitələrin, məsələn təhsil televiziyası və radionun milli sərhədlər arasında paylanmasının lazım olduğunu göstərdi. Nəticədə müəllimlər və onların münasibətləri pandemiyadan sonra təhsilin bərpa prosesinin mərkəzində olmalıdır.
Təhsildə itkilər və iqtisadi çətinliklər
Şagirdlər, ailələr və təhsil sistemləri hazırda COVID-19 pandemiyasının nəticələrini yaşayır. Məktəblər yenidən açılacaq, lakin böhranın iqtisadi nəticələri üfüqdə əhəmiyyətli fasilələrin olacağı anlamına gəlir. Qlobal tənəzzül, yəqin ki təhsil və digər ictimai xidmətlərin maliyyələşdirilməsi, eləcə də insanların həyat və yaşayışı üçün ciddi nəticələrə səbəb olacaq. Bu müddət ərzində təhsilin dəyişdirici gücü ilə bağlı ümumi öhdəliklərimiz gücləndirilməlidir. Bilik və təlim bəşəriyyətin ən böyük bərpa olunan resurslarıdır və bizim ən böyük davamlılıq mənbələrindən biri olacaq, lakin gözlənilən iqtisadi böhranı aradan qaldırmaq və onun təhsilə təsirini azaltmaq üçün çoxsaylı çevik strategiyalar lazımdır. Hökumətlər və beynəlxalq təşkilatlar təhsilin davamlılığını təmin etmək , təhsilin daxili və beynəlxalq maliyyələşdirilməsini qorumaq üçün səyləri əlaqələndirməlidirlər. Resurslar ədalət prinsipləri tətbiq edilməklə, iqtisadi, sosial və təhsil baxımından ən çox zərər çəkənlərə yönəldilməlidir.
Qlobal əməkdaşlıq və həmrəylik
Məsafə, təcrid və bölünmə müvəqqəti faydalı tədbirlər olsa da, qlobal pandemiyanın və onun nəticələrinin aradan qaldırılması üçün zəruri olan ümumi strategiya qlobal əməkdaşlıq və həmrəyliyə əsaslanmalıdır. Bu o deməkdir ki, əhalinin geniş təbəqələri və vətəndaş cəmiyyəti subyektləri hökumətlərlə birlikdə işləməlidirlər; bu, özəl sektorun və xeyriyyəçiliyin iştirakı deməkdir. Lakin biz bu zəruri koalisiyalar yaradıldıqda belə, bütün planetdə COVID-19-un sosial səfərbərlik, ayrı-ayrı şəxslərin, ailələrin və icmaların özünütəcridə və qarşılıqlı qayğıya cəlb edilməsi yolu ilə həll olunduğunu yadda saxlamalıyıq. Bu qlobal pandemiya yalnız səhiyyə tədbirləri ilə məğlub edilməyəcək. Vətəndaş etimadının yaradılması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi ilə həll ediləcəkdir. Bu problem həmrəylik, empatiya və ümumi insani dəyərlərimizin qiymətləndirilməsi ilə birlikdə həllini tapacaq.
Qeyd edək ki, beynəlxalq komissiya pandemiya dövründə ölkələrə təhsil siyasəti ilə bağlı tövsiyə və qərarlar hazırlayır, dünya təhsil birliyinin məşğul olduğu uzunmüddətli məsələləri gündəmə gətirir.
Oruc MUSTAFAYEV
|
|
23.04.2020 | 12:24 | |
|
|
|