Qiyabi təhsil alan tələbələrin sualları cavablandırılıb

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru ŞahinBayramovun ali məktəb tələbələri ilə onlayn formada görüşləri davam edir. Rektor qiyabi təhsil forması üzrə təhsil alan tələbələrin qrup nümayəndələri ilə də görüş keçirib.

 

Ş.Bayramov  qiyabi şöbədə dərslərin başlaması tarixləri, sərbəst işlərin hazırlanması, imtahanların təşkili, təhsil haqqının ödənilməsi, tələbələrin işlədikləri müəssisələrə çağırışın göndərilməsi və digər məsələlərlə bağlı çoxsaylı suallara aydınlıq gətirib. O, universitetə subbakalavr statusu ilə qəbul olan tələbələrin orta ixtisas təhsili müəssisələrində əldə etdikləri kreditlərin tanınması şərtlərinə və proseduruna, eləcə də qiyabi qruplarda tədrisin online formatda təşkili imkanlarına dair sualları cavablandırıb.

 

Ali məktəbin rəhbəri  qiyabi təhsil forması üzrə dərs və imtahan cədvəllərinin hazırlanmasına dair fakultə dekanlarına müvafiq tapşırıqlar verildiyini, bu barədə ətraflı məlumatın karantin müddəti bitdikdən sonra olacağını deyib.

 



22.04.2020 | 17:22