MDU-da “Elm Günü”nə həsr edilən virtual elmi konfrans

Mingəçevir Dövlət Universiteti (MDU) pedaqoji fakültəsinin Tələbə Elmi Cəmiyyətinin virtual elmi konfransı keçirilib.

 

“Elm Günü”nə həsr edilən konfransın açılışında çıxış edən MDU-nun rektoru Şahin Bayramov karantin dövründə universitet əməkdaşlarının və tələbələrinin elmi fəaliyyətinin davam etdirilməsinin vacibliyini söyləyib. Ş.Bayramov ali təhsilin məzmununda elmi tədqiqatlara mühüm yer verilməsinin əhəmiyyətindən də danışıb. Konfransın təşkilində əməyi olan əməkdaşlara və tələbələrin elmi rəhbərlərinə təşəkkür edən rektor məruzə ilə çıxış edəcək tələbələrə uğurlar arzulayıb və hər kəsi evdə qalmaqda davam etməyə çağırıb.

 

Pedaqoji fakultənin dekanı Nizami Zeynalov ilk dəfə virtual formatda keçirilən fakultə Tələbə Elmi Cəmiyyətinin konfransında 80-dən artıq tələbə və müəllimin iştirak etdiyini bildirib. Konfransın proqramı haqqında məlumat verən N.Zeynalov dinləniləcək məruzələrin aktuallığından bəhs edib.

 

Sonra məruzələr dinlənilib. Konfrans iştirakçıları tərəfindən maraqla qarşılan məruzələr ətrafında müzakirələr də aparılıb.

 



11.04.2020 | 14:38