OECD: Evdə öyrənmə təhsili əbədi dəyişə bilər | |
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) qeyd edir ki, dünyanın 100-dən çox ölkəsində məktəblər, təxminən 1 milyard uşağın təhsilinə təsir edən koronavirusun yayılmasından qorunmaq üçün bağlanıb, evdə təhsil sinifdə tədrisin yerini tutub.
Dünyanın müxtəlif bölgələrində rəqəmsal texnologiyalardan evdə uşaqlar üçün dərslərin keçirilməsi məqsədilə getdikcə daha çox istifadə olunur.
Pandemiyanın başlanmasına qədər evdə təhsil alanlar azlıq təşkil edirdi. ABŞ-da təhsil alan 56,6 milyon şagird arasında 1,7 milyon uşağın evdə təhsilə cəlb olunduğu təxmin edilir.
Təhsil sahəsində inqilab?
OECD təhsil sahəsində texnologiyaların fərdi təlimi necə əvəzləməsini izləyir. "Məktəblərin fiziki olaraq sadə bir şəkildə rəqəmsal mühitlə əvəzlənməsindən sonra tamamilə yeni iş üsullarının ortaya çıxması bizi xüsusilə ruhlandırır",- deyə OECD-nin Təhsil və bacarıqlar müdirliyinin əməkdaşı Treysi Berns bildirir.
O qeyd edir ki, məktəblərin tezliklə elektron təhsillə əvəz olunacağı barədə danışmaq hələ çox erkəndir. Lakin OECD-nin Təhsil və bacarıqlar departamentinin direktoru Andreas Şleyxer hazırkı böhranı təhsilin necə təşkil edildiyini yenidən düşünmək imkanı kimi qiymətləndirir. A.Şleyxer iddia edir ki, artıq məktəb və müəllimlərə "biliklərin çatdırılması sistemləri" kimi baxmaq olmaz, müəllimlərin öz üzərlərinə nə öyrətdikləri və necə öyrətdiklərinə dair böyük məsuliyyət götürmələrinə imkan verilməlidir.
Müəllimlərin hüquq və imkanlarının genişləndirilməsi
"Mən müəllimlərə və təhsil liderlərinə böyük muxtariyyət verə bilməyəcəyimizi söyləyən bir çox insanlarla görüşürəm. Çünki onların bunu yerinə yetirmək üçün heç bir imkanları və təcrübəsi yoxdur. Başqalarının hazırladığı hamburgerləri qızdırmaq istəyənlər, çətin ki, baş aşpazlar olsunlar",-deyə A.Şleyxer bildirir.
"Tədrisə yön verən yanaşmamızın sadə bir şəkildə davam etdirilməsi müəllimlərdən bu böhran anında tələb olunan dərslərini yalnız başqa bir mühitdə təkrarlamaq deyil, həm də insanların nə öyrəndiyini, harada öyrəndiyini və necə öyrəndiklərinə yeni cavablar tapmağı tələb edir ".
A.Şleyxer texnologiyanın sinifdə daha böyük rol oynamalı olduğunu söyləyir: "Texnologiya yalnız tədris və təlim metodlarını dəyişdirə bilməz, həm də əldə edilən biliklərin qurucuları kimi müəllimlərin rolunu artıra bilər".
Bütün dünyada müəllimlər sinifdə rəqəmsal texnologiyaların olmamasının tədrisə maneə yaratdığını bildirirlər. Müəllimlərin yarıdan bir qədər çoxu öz şagirdlərinə layihə və ya məşğələ üçün kompüterlərdən istifadə etməyə imkan verib.
Müəllimlərin yalnız 60% - i texnologiyadan istifadə məsələləri üzrə peşəkar hazırlıqdan keçib və təxminən 20% - i onların bu sahədə ciddi inkişafa ehtiyacı olduğunu bildirib. Amma pandemiya ilə koronavirus bizə təhsilin necə inkişaf edə biləcəyi barədə bir fikir verir: bu vəziyyət dəyişə bilər; məktəblər COVİD-19-dan sonra yenidən açılanda heç vaxt əvvəlki məktəblər olmayacaq.
Beləliklə də OECD belə nəticəyə gəlir ki:
Oruc MUSTAFAYEV |
|
06.04.2020 | 10:39 | |
|
|
|