AzMİU-da onlayn dərslər davam edir | |
Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması üçün orta və ali məktəblərdə tədris prosesinin aprelin 20-dək dayandırıldığını nəzərə alaraq, Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təhsilin davamlılığını təmin etmək məqsədi ilə bütün dərslər distant tədris olunur.
Universitetdən verilən məlumata görə, martın 16-dan etibarən AzMİU tələbələri onlayn dərslərə başlayıb.
Bildirilib ki, Zoom call proqramı ilə tədris olunan distant dərslərə bütün fakültə və ixtisaslar üzrə əyani təhsil alan bakalavrlar cəlb edilir. Dərslər 3 - Azərbaycan, rus və ingilis dillərində aparılır.
Bu günə qədər distant dərslərdə 5000 tələbəsi iştirak edən AzMİU-da , ümumilikdə bütün bakalavr tələbələrin distant təhsilə cəlb olunması nəzərdə tutulub. Dərslər növbəli şəkildə saat 08:00-dan 20:20-dək tədris edilir.
Yaxın günlərdə universitetin magistratura pilləsində təhsil alan tələbələri üçün də onlayn dərslərin verilməsi həyata keçiriləcək. |
|
02.04.2020 | 13:25 | |
|
|
|