“Regional İnkişaf” İctimai Birliyi ilə Bakı Dövlət Universitetinin birgə sosial aksiyası | |
Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən elan edilən xüsusi karantin rejimi müddətində evdən çıxması qadağan olunan 65 yaşdan yuxarı tənha yaşayan şəxslərə sosial qayğı göstərilməsi davam etdirilir.
Bu kampaniya çərçivəsində Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə Bakı Dövlət Universiteti (BDU) birgə sosial aksiya keçirib.
BDU-dan verilən məlumata görə, yardım aksiyası Bakı şəhərinin müxtəlif ərazilərində yaşı 65-dən yuxarı olan xüsusi risk qrupuna aid 100 şəxsə müxtəlif ərzaq məhsullarından ibarət sovqat paylanılmasını əhatə edib.
|
|
02.04.2020 | 14:39 | |
|
|
|