“Birincilərin birincisi” | |
33 minə yaxın şagirdin iştirak etdiyi Respublika fənn olimpiadalarında 298 nəfər qalib elan olunub.
Artıq ənənə halını almış məqamlardan biri kimi hər fənndən ölkə üzrə ən güclü şagird “Birincilərin birincisi” nominasiyası üzrə təltif edilib. Riyaziyyat fənni üzrə Emil Qasımov, coğrafiya fənni üzrə Zahir Məmmədzadə, tarix fənni üzrə Vüqar Rufulla, kimya fənni üzrə Ramil Babazadə, Azərbaycan dili və ədəbiyyat fənni üzrə Günay Quliyeva, biologiya fənni üzrə Günel Mahmudova, fizika fənni üzrə Məhəmməd Yusifov, informatika fənni üzrə Ziya Muxtarov “Birincilərin birincisi” nominasiyası üzrə qalib olublar.
Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub.
Respublika fənn olimpiadası Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.
|
|
16.05.2018 | 17:19 | |
|
|
|