Elmi-pedaqoji təcrübələr onlayn platformada | |
Azərbaycan Texniki Universitetinin (AzTU) IV kurs tələbələrinin 24.02-01.05.2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan istehsalat təcrübəsi ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədar müvəqqəti dayandırılıb, elmi-pedaqoji təcrübələr isə davam etdirilir.
Bu barədə universitetdən məlumat verilib. Bildirilib ki, AzTU-nun II kurs magistrantlarının 18.03.2020-ci il tarixindən başlayan elmi-pedaqoji təcrübəsi hər tələbə ilə fərdi şəkildə onlayn keçirilir.
|
|
02.04.2020 | 11:14 | |
|
|
|