“Abituriyent” jurnalının redaksiyası 20 min manat vəsait köçürüb | |
Dövlət İmtahan Mərkəzinin (DİM ) mətbu orqanı olan “Abituriyent” jurnalının redaksiyası COVID‑19 infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 20 min manat vəsait köçürüb.
DİM-dən bildirilib ki, yardımın edilməsində məqsəd COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və onunla mübarizə istiqamətində görülən işlərin daha da operativ həyata keçirilməsinə, həmçinin yarana biləcək problemlərin qarşısını almaq üçün ölkə iqtisadiyyatına dəstək göstərməkdir.
|
|
30.03.2020 | 10:35 | |
|
|
|