Bakı Slavyan Universitetindən 30 min manat ianə | |
Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardımlar davam edir. Bakı Slavyan Universiteti də (BSU) adıçəkilən fonda ianə ödəyib.
Ali məktəbdən verilən məlumata görə, Prezident İlham Əliyevin əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərə uyğun olaraq, BSU yardım kampaniyasına qoşulub və fonda 30 min manat məbləğində pul köçürmək barədə qərar qəbul edib.
BSU-dan bildirilib ki, universitetin rektoru, professor Nurlana Əliyevanın təşəbbüsü ilə təhsil ocağının kollektivinin könüllü şəkildə bu vacib aksiyaya qoşulması ali təhsil müəssisəsinin bir daha xalqla, dövlətlə birlik və həmrəylik nümayiş etdirdiyini, Azərbaycan rəhbərliyinin ölkə vətəndaşlarının təhlükəsizliyinin, sağlamlığının müdafiəsi naminə həyata keçirdiyi təşəbbüsə yüksək səviyyədə dəstək verdiyini göstərir.
|
|
29.03.2020 | 15:31 | |
|
|
|