Naxçıvanın muxtariyyət tarixinə dair nəşr

“Naxçıvanın muxtariyyəti tarixdə və günümüzdə” respublika elmi konfransının materialları işıq üzü görüb.

 

Nəşrdə AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvanşünaslıq Mərkəzi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən respublika elmi konfransının materialları əksini tapıb.

 

Konfrans materiallarında akademik İsmayıl Hacıyevin “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir”, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Muxtariyyət illərində Naxçıvanda epiqrafiya elminin inkişafı: nailiyyətlər, vəzifələr”, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Müstəqillik illərində Naxçıvanda aparılan arxeoloji tədqiqatlar”, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Naxçıvanın dialekt və şivələrinin öyrənilməsi məsələləri”, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin “Müstəqillik illərində Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafının prioritet istiqamətləri” və digər 60-a yaxın elm və təhsil adamlarının məruzəsi təqdim olunub.

 



29.03.2020 | 16:29