ADMİU koronavirusla mübarizəyə dəstək kampaniyasına qoşuldu | |
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Prezident İlham Əliyevin Fərmanına əsasən yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürülməsi təşəbbüsünə qoşulub.
Bu məqsədlə universitet Elmi Şurasının virtual iclası keçirilib və adıçəkilən fonda 20 min manat ianə edilməsi ilə bağlı qərar qəbul olunub.
İclasda həmçinin, online dərslərin təşkili, tədrisin keyfiyyətinin yüksəldilməsi, imtahanlara hazırlıq kimi bir sıra digər məsələlər də müzakirə edilib.
|
|
27.03.2020 | 10:37 | |
|
|
|