UTECA 5 min manat vəsait ayırıb | |
Azərbaycan Texnologiya Universiteti (UTECA ) qlobal pandemiyaya çevrilmiş koronavirusa (COVİD-19) qarşı mübarizənin daha da gücləndirilməsi və vətəndaşların sağlam həyat tərzinin qorunması məqsədi ilə Azərbaycanda yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 5 min manat məbləğində vəsait ayırıb.
Universitetdən bildirilib ki, UTECA #evdəqal aksiyasını dəstəkləyir və hamını insanların sağlamlığı naminə məsuliyyətli olub evdə qalmağa çağırır.
|
|
26.03.2020 | 13:36 | |
|
|
|