"Coursera sertifikatı qazan, imtahandan azad ol" | |
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov tələbələr üçün optimal olan təşəbbüslə çıxış edib.
Özünün rəsmi Facebook səhifəsində rektor UNEC tələbələrinə səslənib:
“Əziz UNEC bakalavr və magistrləri,
Ümid edirəm ki, yaxşısınız və müasir biliklər əldə etməklə bağlı mümkün olduğu qədər səylərinizi davam etdirirsiniz. Bu istiqamətdə sizlərə yardım etmək və yaranmış vəziyyətdən maksimal dərəcədə bəhrələnməyiniz üçün müxtəlif təkliflər üzərində çalışırıq. Bununla bağlı ilk uğurumuz haqqında məlumatı sizlərlə bölüşməyə qərar verdim.
UNEC artıq "Coursera for Campus" dəstək proqramına qoşuldu. Belə ki, UNEC-in 2000 bakalavr və magistri dünyanın aparıcı universitetlərinin və şirkətlərinin (Duke University, University of London, Yale University, Johns Hopkins University, Illinois University, University of Michigan, UC San Diego University, Univeristy of Virginia, Hong Kong University, Indian School of Business, HEC Paris School of Management, University of Colorado, Monterrey Institute of Technology and Higher Education, University of Los Andes of Colombia, Pontifical Catholic University of Chile, Şirkətlər: IBM, Google, Intel) 400 ixtisas üzrə 3800 online kursunun ödənişindən azad edilib. İlk müraciət edən 2000 UNEC tələbəsinin müraciəti qəbul ediləcək.
Verdiyimiz qərara əsasən, həmin kursları uğurla bitirib müvafiq sertifikat əldə edən UNEC-in bakalavr və magistrləri həmin fənlər üzrə yaz imtahan sessiyasında nəzərdə tutulmuş imtahanlardan azad ediləcəklər.
Bu proqrama qoşulmaq üçün karyera@unec.edu.az, sualları ünvanlamaq üçün isə facebook.com/UNECKaryera müraciət etmək lazımdır”.
Ə. Muradov universitet tələbələrinə xatırladıb ki, qüvvədə olan qərara əsasən, İELTS, TOEFL, PTE ACADEMİC sertifikatları qazanmış UNEC tələbələri xarici dil imtahanından azaddırlar.
Rektor tələbələrə evdə qalmaqla vaxtdan səmərəli istifadəni tövsiyə edib və onların hər birinə uğurlar arzulayıb. |
|
26.03.2020 | 11:54 | |
|
|
|