Valideynlər uşaqlara COVID-19 haqqında nələri və necə danışmalıdır? | |
Ümumdünya İqtisadi Forumu qeyd edir ki, təhlükəli COVID -19 pandemiyasının geniş yayılması ilə əlaqədar uşaqlar arasında da stress halları artmaqdadır. Uşaqlar bu barədə çox sayda məlumat alır və stressin mənbəyini tapmağa çalışırlar. Onların narahatlığını başa düşmək və uşaqlarla açıq müzakirələrə hazır olmaq çox əhəmiyyətlidir.
Uşaqlara COVID-19-un nəticələrini anlamağa, öz fikirlərini və hisslərini ifadə etməkdə köməklik göstərmək ən yaxşı yanaşmadır.
İlk addım kimi öz uşağınızdan COVID-19 haqqında nə bildiyini və ya nə eşitdiyini soruşun. Əgər onlar həddən ziyadə narahat deyillərsə, sizə bu mövzuda onlarla ətraflı danışmaq lazım deyil. Siz sadəcə əllərin yuyulmasının əhəmiyyətini səylə onlara çatdırın və özlərini pis hiss edib-etmədiklərini öyrənməyə çalışın.
Əgər uşağınız COVID-19 haqqında narahatdırsa, siz pandemiya barədə istənilən yalan məlumatları aradan qaldıra və onlara emosional dəstək verə bilərsiniz.
Ümumdünya İqtisadi Forumu COVID-19-la bağlı aşağıdakı tövsiyələrini verir:
Oruc MUSTAFAYEV
|
|
23.03.2020 | 17:19 | |
|
|
|