Təhsil TV: "PİSA 2018"

Bakının ümumi təhsil məktəblərinin 15 yaşlı şagirdləri arasında məktəbli nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı-PİSA 2018 növbəti tədqiqata başlayıb. Azərbaycanın 2006-cı ildən iştirak etdiyi PISA proqramı müxtəlif öl­kə­lə­rin şagirdlərinin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarının, eyni zamanda müxtəlif tipli problemləri həlletmə qabiliyyətlərinin qiymətləndirilməsi məqsədi ilə aparılır. Təhsil İnstitutunun Təhsildə Psixoloji Xidmət şöbəsinin müdiri Könül Pirverdiyeva bildirib ki, tədqiqata paytaxtın ümumtəhsil məktəblərinin Azərbaycan və rus dili bölmələrində təhsil alan 2002-ci il təvəllüdlü şagirdləri cəlb edilib. Şöbə müdiri həmçinin vurğulayıb ki, builki qiymətləndirmə əvvəlkilərdən fərqli olaraq kağız üzərində deyil, elektron qaydada həyata keçirilir. Eyni zamanda, oxuyub anlama mətnlərinə rəqəmsal məzmunlu mətnlər də daxil edilib.

 



15.05.2018 | 17:55