BŞTİ-də vətəndaşların qəbulu müvəqqəti dayandırılıb | |
Koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 13 mart tarixli məlumatı və Təhsil Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər nəzərə alınaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Vətəndaşların Qəbulu Mərkəzi 2020-ci il martın 20-dək fəaliyyətini dayandırıb.
Qeyd olunan dövr ərzində müraciətlər BŞTİ-nin Məlumat sorğu mərkəzi ((012) 599-12-22) vasitəsilə cavablandırılacaq. Vətəndaşlar həmçinin idarənin rəsmi info@baku.edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərlər.
Rəsmi məlumatları BŞTİ-nin internet saytı (www.baku.edu.gov.az) və sosial şəbəkələrdəki səhifələrindən izləmək tövsiyə edilir.
|
|
17.03.2020 | 11:03 | |
|
|
|