IV qrant müsabiqəsi üzrə layihələrin qəbulu davam edir

Təhsil Nazirliyi tərəfindən elan edilmiş “Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsi” üzrə layihələrin qəbulu 31 mart saat 18:00-dək davam edəcək.

 

Müsabiqəyə təqdim edilən layihələrin əvvəllər təqdim edilməyən orijinal ideyaya əsaslanması, inkişafyönümlü və innovativ xarakterli olması əsas şərtlərdəndir. Layihələrin seçiminin şəffaf aparılması məqsədilə müsabiqəyə təqdim edilən bütün layihələr Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilmiş ekspertlər tərəfindən eyni formada yoxlanılır.

 

Nəzərinizə çatdırırıq ki, müsabiqəyə müraciət edən şəxslər (layihə müəllifləri) üçün Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən təlim keçirilmir. Hazırda həyata keçirilən təlimlər fərdi şəxslərin öz təşəbbüsüdür və Təhsil Nazirliyi bu məsələdə məsuliyyət daşımır.



12.03.2020 | 15:00