“Fövqəladə hallar zamanı nə etməli” | |
1 Mart - Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Qax şəhər 2 nömrəli məktəb-liseydə Yanğından mühafizə xidmətinin Qax rayon yanğından mühafizə bölməsi ilə birlikdə “Fövqəladə hallar zamanı nə etməli” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Məktəbin müəllim və şagird kollektivi həyəcan siqnalı ilə məktəb binasını tərk edib. Bölmənin əməkdaşları tərəfindən binada qalan şagirdlər şərti olaraq xilas edilib, şərti yanğın ocağı söndürülüb, yaralılara ilk tibbi yardım göstərilib. Şagirdlərə yanğınsöndürmə vasitələri haqqında məlumat verilib.
Günay MAHMUDOVA, Qax Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi |
|
07.03.2020 | 13:44 | |
|
|
|