Onlayn təhsil bazarının həcmi artır

Rusiyada onlayn təhsil bazarının həcmi artır.  "Kommersant" nəşrinin verdiyi məlumata görə, ötən il Rusiyada onlayn təhsil bazarının həcmi 45-50 milyard rubla çatıb ki, bu da 20-25% artım deməkdir.   

 

"İnterfaks Akademiyası"nın araşdırmasına  əsasən, cari ildə Rusiya onlayn təhsil bazarının həcminin artması 55-60 milyard rubl təşkil edə bilər. Təhsilin bu formasının dünya bazarındakı  həcminə gəldikdə isə, 2019-cu ildə o, 4,8 trilyon rubl təşkil edib. Bu, onu göstərir ki, ümümdünya göstəricisində Rusiyanın payı orta hesabla təxminən 1% təşkil edir.  Bununla yanaşı, ölkədə  onlayn təhsil bazarının 50%-ni böyüklər üçün xarici dillərin öyrənilməsi  əhatə edir.  Ekspertlərin bildirdiyinə görə, Rusiyanın onlayn təhsil bazarı əhəmiyyətli potensiala malikdir, lakin hələlik  inkişafın ilkin mərhələsindədir və bu sahədə əsas problemlərdən biri vençur  fondlarının, investorların aktivliyinin az olmasıdır.
 

Xatırladaq ki, əvvəllər "Yandeks" təhsil xidmətlərinin tədqiqatçıları tərəfindən 2021-ci ildə Rusiyanın onlayn təhsil bazarının həcminin 53,3 milyard rubla qədər arta biləcəyini söyləyən bir hesabat təqdim edilib.
 

Oruc MUSTAFAYEV



04.03.2020 | 11:17