Bakı Ali Neft Məktəbi növbəti dəfə əsaslı dezinfeksiya edildi | |
Koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Bakı Ali Neft Məktəbində ( BANM ) təxirəsalınmaz tədbirlər davam etdirilir.
Nazirlər Kabinetinin qərarı ilə ali məktəbdə müvafiq profilaktik tədbirlərin effektivliyi yüksəldilib, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdirilib. Belə ki, BANM-in inzibati binası və tədris korpusu, tələbə yataqxanası növbəti dəfə “EKOL Mühəndislik Xidmətləri” QSC tərəfindən əsaslı surətdə dezinfeksiya edilib.
Aidiyyatı struktur bölmələrinə tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin davam etdirilməsi tapşırılıb. |
|
03.03.2020 | 17:33 | |
|
|
|