“Orfoqrafik bacarıqların formalaşdırılması...” | |
Naxçıvan Müəllimlər İnstitutunda “Orfoqrafik bacarıqların formalaşdırılması və yazı işləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə institutun dillər və ədəbiyyat kafedrasının professor-müəllim heyəti, Naxçıvan Təhsil Nazirliyinin əməkdaşları, ümumtəhsil məktəblərinin azərbaycan dili və ədəbiyyat müəllimlərinin bir qrupu və tələbələr iştirak ediblər.
İnstitutun rektoru Azad Novruzov müəllimlərin ixtisasartırma və təkmilləşdirilməsi istiqamətində keçirilən konfrans, seminar və dəyirmi masaların əhəmiyyətini diqqətə çatdırıb. Rektor bildirib ki, müasir təhsilin qarşısında duran mühüm vəzifələrdən biri ana dilində düzgün danışmağı və gözəl yazmağı bacaran vətəndaşlar yetişdirməkdir. A.Novruzovun sözlərinə görə, şifahi və yazılı nitqin inkişaf etdirilməsində bütün ixtisas müəllimləri məsuliyyət daşısa da, ümumtəhsil məktəblərində bu işin məqsədyönlü təşkili birbaşa azərbaycan dili və ədəbiyyat müəllimlərinin üzərinə düşür.
Sonra ”Orfoqrafik bacarıqların formalaşdırılmasında imla yazılarının rolu” mövzusunda dillər və ədəbiyyat kafedrasının müdiri, professor Akif İmanlı, professor Sədaqət Həsənova və dosent Samirə Həsənovanın çıxışları dinlənilib. |
|
29.02.2020 | 13:37 | |
|
|
|