Məktəbli şahmatçıdan növbəti beynəlxalq uğur | |
Paytaxt məktəblisi Aydın Süleymanlı beynəlxalq şahmat festivalının qalibi olub.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 249 nömrəli tam orta məktəbin şagirdi olan gənc şahmatçımız Moskvada keçirilən “Aeroflot open” şahmat festivalının güclü A turnirində 9 turdan 6,5 xal toplayaraq növbəti parlaq qələbəyə imza atıb.
Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında Aydın Süleymanlı “Günün adamı” elan edilib və şəkli qurumun əsas səhifəsində yerləşdirilib.
Qeyd edək ki, bu, A.Süleymanlının ilk qələbəsi deyil. Məktəbli bundan öncə beynəlxalq və ölkədaxili yarışlarda iştirak edərək böyük qalibiyyətlər əldə edib, ikiqat Avropa və dünya çempionu adını qazanıb. 2019-cu ildə isə “Beynəlxalq ustad” adına layiq görülüb.
|
|
28.02.2020 | 11:18 | |
|
|
|